...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 15 Dekabr 2006 15:10 (UTC +04:00)

AZERİ LT FOB Ceyhan neftinin qiyməti dekabrın 14-də 60,76$/barr olub ki, bu da dekabrın 13-ə olan qiymətə nisbətən 0,42$/barr. çoxdur. Trend in verdiyi xəbərə görə, AZERİ LT CİF Auqustanın qiyməti dekabrın 14-də 62,75$/barr. olub. Bu dekabrın 13-dəki qiymətə nisbətdə 0,91 $/barr. çoxdur.

Azeri Light neft növü Azərbaycanın "Azeri- Çıraq- günəşli" dəniz yatağı blokundan çıxarılır, işləmə operatoru qismində BP çıxış edir. Digər növlərlə qarışdırılmamış neft Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Türkiyənin Ceyhan,Bakı-Supsa neft kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light-nin sıxlığı APİ üzrə 34,8 dərəcə, kükürdün miqdarı 15%dir.

URAL-ın (EX NOVO) qiyməti dekabrın 14-də 56,52$/barr. Olub ki, bu da dekabrın 13-ə olan qiymətlərdən 0,32$/barr. çoxdur.

Azərbaycan URAL növlü neftini Novorossiysk limanından Bakı - Novorossiysk neft kəməri vasitəsilə satır. Keyfiyyətli Azərbaycan nefti Azeri light də daxil olmaqla, rus neft kəməri sistemində o biri növlərlə qarışır və Novorossiyskdən URAL nefti kimi satılır. URAL-ın sıxlığı APİ üzrə 30,4-31,85 dərəcədir, kükürdün miqdarı 1,8 %-dir. DTD-nin qiyməti dekabrın 14-də 62,45$/barr olub ki, bu da dekabrın 13-ə olan qiymətdən 0,51$/barr çoxdur. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə, kükürdün miqdarı 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti