...

Bakıda "Azərenerji" SC və "EES Rossii" RSC arasında 2007-ci ildə elektrik enerjisinin tədarükü haqqında danışıqlar başlayıb

Energetika Materials 15 Dekabr 2006 16:27 (UTC +04:00)

Bakıda "EES Rossii" RSC nümayəndələri ilə 2007-ci ildə Azərbaycana tədarük üçün nəzərdə tutulmuş elektrik enerjisinin həcmi və qiyməti haqqında danışıqlar başlayıb. Baş milli enerji idarəsinin mətbuat xidmətinin verdiyi xəbərə görə, bu barədə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Azərbaycan tərəfi rusiyalı həmkarlarının irəli sürdüyü təklifləri baxmaq üçün qəbul edib və öz növbəsində, öz şərtlərini formalaşdırıb.

Danışıqlarda mövqelərin diqqətlə öyrənilməsi üçün zəruri olan taym-aut elan olunub. Fikir mübadiləsi tərəfdaşlar kontragentlərin nəzər nöqtəsi ilə ətraflı surətdə tanış olduqdan sonra Bakıda davam etdiriləcək.

Əvvəl Azərbaycan Rusiya ilə 2006-cı ilin sonunadək elektrik enerjisi tədarükü məsələsi üzrə razılıq əldə edib. 2006-cı ilin sonunadək əməkdaşlıq əvvəlki şərtlərlə davam etdiriləcək.

2007-ci ildə Azərbaycan Rusiyadan 700 mln. kVt/s enerji almaq niyyətindədir. Rusiya tərəfi tədarük olunan 1 kVt/s elektrik enerjisinin tarifinin 4,1 sentə qədər artırılması haqqında müraciətlə çıxış edib.

Ötən il Rusiyadan Azərbaycana 1 mlrd. 0003 kVt/s elektrik enerjisi tədarük olunub. Tədarüklər 1 kVt/s enerjiyə görə 2,8 sent qiyməti ilə həyata keçirilib. 2006-cı ilin əvvəlindən 77 mln. kVt/s enerji tədarük olunub və 1 kVt/s enerjinin qiyməti 3,636 sent olub.

Eyni zamanda Gürcüstan əvvəl tədarük edilmiş elektrik enerjisinə görə Azərbaycana təxminən 13 mln. kVt/s borcunu tam ödəyib. Lakin M.Əsgərov qeyd edib ki, Gürcüstan indi də elektrik enerjisi tədarük etməkdə davam edir. Azərbaycan gələcəkdə Gürcüstana analoji həcmdə elektrik enerjisini qaytaracaq.

Xəbər lenti

Xəbər lenti