...

ARDNŞ xarici şirkətlərdən alınan qaz həcmini açıqlayıb

Energetika Materials 15 Dekabr 2006 17:28 (UTC +04:00)

Anshad Petrol birgə müəssisəsi (BM) və "Gobustan Operating Company" 2006-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 21,64 mln. kub metr sərbəst qaz satıb, bu isə 2005-ci ilin analoji dövründən 0,1 mln. kubmetr çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib.

ARDNŞ-in məlumatlarına görə, noyabr ayında şirkətlər tərəfindən 1,96 mln. m3 qaz satılıb.

Anshad Petrol "Neftçala", "Xıllı" və "Babazənən" müqavilə ərazilərindəki quyulardan qaz hasil edir. BM 2 mln. kubmetr həcmində ilk sərbət qaz satışına 2004-cü ilin aprel ayında başlayıb. ARDNŞ Anshad Petrol-dan qazı 65 min AZN-ə alır (təxminən $13/1 min m3) və "Azəriqaz" QSC-yə verir. O da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə paylayır. GOC ARDNŞ-ə qazı $1.29/1 mln. BTU qiymətinə satır ($1.29/1 mln. BTU - təxminən $46/1 min m3).

Gobustan Operating Company (GOC) ARDNŞ ilə bağlanmış PSA üzrə "Cənub -qərbi Qobustan" blokunun işlənməsi ilə məşğul olur. Bu şirkət sərbəst qazın satışına bu ilin fevral ayında başlayıb. GOC şirkətində 80% iştirak payı Commonwealth Gobustan Limited şirkətinə, 20%-i isə - ARDNŞ -ə məxsusdur. Commonwealth Gobustan Limited şirkətində 37,17% Arawak Energy şirkətinə, 62,83% isə - China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Anshad Petrol BM 1993-cü ildə keçmiş "Neftçalaneft" NQÇİ əsasında ARDNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-in operatoru Atilla Dogan Petrol şirkəti olub, 1997-ci ildən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətinin payından 17,15% alaraq, layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti