...

"BP" səmt qazı tullantılarının azaldılması ilə bağlı Azərbaycana yardım edəcək

Energetika Materials 16 Dekabr 2006 10:39 (UTC +04:00)

Trend xəbər verir ki, Dünya Bankı köhnə neft platformalarından atmosferə atılan səmt qazı tullantılarının həcminin azaldılması ilə bağlı layihənin iqtisadi əsasını hazırlamağa başlayıb.

"BP"nin Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Pitersenin sözlərinə görə, iş 6-8 ay ərzində tamamlanacaq. Bank bu istiqamətdə Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.

Platformalarda yeni kompressorların quraşdırılması və qazın sahilə çatdırılmasını təmin edən boru kəmərlərinin çəkilməsi yolu ilə tullantıların azaldılması nəzərdə tutulur. Bu, ətraf mühiti yaxşılaşdırmağa və iqlimdəki qlobal dəyişikliklərə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, həmin layihə çərçivəsində "BP" birbaşa kredit ayırmaq fikrində deyil, Azərbaycan Kiot protokolu çərçivəsində karbon bazarlarındakı kvotanın satışından böyük həcmdə maliyyələşmə cəlb edə bilər.

K.Pitersen: "Bu, hazırda atmosferə buraxılan qazın utilizasiya həcmindən asılı olacaq. Beynəlxalq karbon bazarı utilizə olunmuş qazın həcmini və dəyərini müəyyən edəcək".

Həmin layihənin "BP" Direktorlar Şurasında təsdiqi 2007-ci ilin birinci yarısında gözlənilir.

K.Pitersenin sözlərinə görə, "BP" həmçinin Gürcüstanda analoji layihəni həyata keçirir və Gürcüstanın Rusiyadan qaz aldığı qaz kəmərləri magistralının yenidənqurulmasına yardımçı olacaq. Həmin layihə çərçivəsində karbon maliyyələşməsindən alınan gəlir 80-100 mln. dollar həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti