...

Azərbaycan "Şahdəniz" yatağından kommersiya qazının çıxarılmasına başlayıb

Energetika Materials 18 Dekabr 2006 15:07 (UTC +04:00)

SCP layihəsinin texniki operatoru və "Şahdəniz" layihəsinin operatoru olan

"BP Azerbaijan"dan Trend ə verilən məlumata görə, hazırda "Şahdəniz" yatağından təbii qaz Azərbaycan paylayıcı sisteminə və Cənubi Qafqaz (SCP) boru kəməri sisteminə tədaruk edilir.

Yataqdakı ilk istismar quyusundan sutkada 5,6 mln. m3 qaz və 2,5 min ton qaz kondensatı hasil edilir. Qaz istehsalına dekabrın 15-də başlanıb. Birinci istismar quyusunun dərinliyi 6500 metr təşkil edir, dənizin 100 metr dərinliyində qazılıb.

"Şah dəniz" yatağının işlənməsi üzrə kontrakt Bakıda 1996-cı ildə imzalanıb. Layihənin iştirakçıları: BP (operator - 25,5%), Statoil - 25,5%, ARDNŞ, LUKOYL, NICO və TOTAL hərəsi -10%, TPAO - 9%.

"Şah dəniz" yatağının ehtiyatları 1 trln. m3 qaz və 100 mln.dan çox kondensat hesablanıb.

Xəbər lenti

Xəbər lenti