...

Nazir: Azərbaycan 2006-cı ildə özünün neft hasilatı tarixində rekord kəmiyyəti əldə edib

Energetika Materials 19 Dekabr 2006 15:55 (UTC +04:00)

2006-cı ildə Azərbaycan 150 illik karbohidrogen hasilatı tarixində ilk dəfə rekord kəmiyyətdə neft hasil edib - 31 mln. ton. Trend xəbər verir ki, bu barədə bu gün Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycanda neft hasilatı 50 mln. ton həcmində gözlənilir.

O bildirib: "2008-ci ildə bu həcm 67 mln. tona çatdırılacaq".

Nazirin sözlərinə görə, hər il karbohidrogen ixracatından Dövlət Neft Fonduna 5-6 mlrd. dollar gəlir gələcək.

Azərbaycanda neft hasilatı ilə ARDNŞ, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və quru yataqlarda bəzi xarici şirkətlər məşğul olur.

Xəbər lenti

Xəbər lenti