...

Azərbaycan Dövlət neft şirkəti daxili mənbələr hesabına ölkənin qaza olan tələbatının ödənilməsi proqramını reallaşdırır

Energetika Materials 20 Dekabr 2006 17:28 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ)respublikanın prezidenti İlham Əliyevin daxili mənbələr hesabına ölkənin təbii qaza olan tələbatının ödənilməsi barədə sərəncamına əsasən xüsusi proqram həyata keçirir. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Bu proqram çərçivəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətin müvafiq strukturları qarşısında 2006-cı ildə "Günəşli" yatağında 11№li platformada əlavə blokun tikilməsi barədə vəzifə qoyub.

Birinci layihəyə görə, blokda qaz quyularının sayının nəzərdə tutulmuş 6-dan 8-ə çatdırmaq məqsədilə, "Xəzərdənizneftqazlayihə" tərəfindən layihədə dəyişikliklər aparılıb. Blokun çəkisi 1060 tondur, hündürlüyü 113 metrdir. Platformada blokun tikintisi "Azərbaycan" və "General Əliağa Şıxlınski" üzən kranların vasitəsilə başa çatdırılıb.

Neft Daşlarının 300 metrlik sahəsində "General Əliağa Şıxlinski" kranının bortundan 11№li platformanın 10 metrliyinə blok buraxılıb. Platforma və blok bir-birinə körpü vasitəsilə birləşdiriləcək. Hazırda blok dənizin dibinə dirəklərin köməyilə birləşir. Yeni blokun istismara verilməsi 2007-ci ilin ilk kvartalına planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti