...

Azərbaycan Dövlət Neft Şirkəti yeni dəniz hasilat platformasını istismara verib

Energetika Materials 21 Dekabr 2006 13:08 (UTC +04:00)

Dövlət komissiyası "Neft daşları" yatağında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) inşa etdiyi 1887 saylı beş bloklu platformanı istismara qəbul edib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, platformada 32 quyu qazılacaq və quyulardan sutkada 1000 ton neft hasil olunacaq. Platformada artıq bir quraşıdırlmış qurğudan başqa, tezliklə ikinci qazma qurğusu işə salınacaq. Yataqda birinci qazma qurğusu artıq 2226 saylı quyunun 1800 metrə qədər qazıntısını başa çatdırıb. Quyu 2007-ci ilin yanvar ayında istismara veriləcək.

ARDNŞ-in məlumatında qeyd olunub ki, 2 il əvvəl ölkə prezidenti İlham Əliyev neftçilərin qarşısında neft hasilatını 821 min tondan 1,2 milyon tonadək artırmaq vəzifəsi qoyub. Bu məqsədlə ARDNŞ 2010-cu ilədək bu yataqda 78 quyuluq 6 platforma inşa etməyi planlaşdırıb.

2006-cı ildə üçgöyərtəli platforma istismara verilib, qaz-turbin elektrik stansiyasından Neft Daşlarına elektrik xətləri, neft kəmərləri çəkilib, bütün məişət obyektləri istifadəyə verilib.

2007-ci ilin birinci yarısında "Neft Daşları"nda 12 quyuluq ikibloklu 2387 saylı platformanın istismara veriləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti