...

"BP"nin Gürcüstanda boru kəmərinin tikintisi ilə bağlı elan etdiyi tenderdə ARDNŞ qalib gəlib

Energetika Materials 21 Dekabr 2006 17:38 (UTC +04:00)

ARDNŞ-ın "Xəzərdənizneftqaztikinti" tresti "BP"nin Gürcüstan ərazisində Rustaviyə qədər 12,5 km-lik və 30 düymlük boru kəmərinin tikintisi ilə bağlı elan etdiyi tenderdə qalib olub. Bu barədə Trend ARDNŞ-dan alınan məlumata istinadən bildirir.

Lazımi səviyyədə tikinti aparılması məqsədilə Gürcüstanda trestin daimi nümayəndəliyi açılıb. Nümayəndəlikdə Bakıdan olan mütəxəssislərlə yanaşı, yerli mütəxəssislər da işləyir.

Bundan başqa, Duşeti rayonu ərazisində 4,5 km-lik boru kəmərinin salınması barədə Gürcüstan Beynəlxalq Qaz Korporasiyası ilə müqavilə imzalanıb.

Tikintiyə yaxın zamanda Ukraynadan borular gətirildikdən sonra başlanılacaq.

Xəbər lenti

Xəbər lenti