...

Mixail Saakaşvili: "Şahdəniz" yatağından hasil edilən qaz Gürcüstan hökumətinin strateji istiqamətidir

Energetika Materials 21 Dekabr 2006 20:37 (UTC +04:00)

Gürcüstan enerji tədarükçülərinin diversifikasiyasını qarşısına məqsəd qoymuşdu və faktiki olaraq buna nail ola bildi. Trend müxbiri xəbər verir ki, bu fikri bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra gürcü jurnalistlərinə bildirib.

Prezident bildirib: "Azərbaycan Gürcüstan üçün əsas qaz tədarükçüsünə çevrilir, lakin biz qaz alınmasının digər mənbələrindən də imtina etməyəcəyik" və əlavə edib ki, bundan sonra da alternativ qaz məbələrinin axtarışına davam ediləcək.

M.Saakaşvili vurğulayıb: "Türkiyədə keçirilən danışıqlardan sonra biz ümumilikdə çox nikbin ruhdayıq. Əsas odur ki, biz artıq yalnız Rusiyadan edilən qaz tədarükündən asılı deyilik və gələcəkdə də yalnız bir tədarükçüdən asılı olmayacayıq. Biz əlimizdən gələni etməliyik ki, bir tədarükçüdən asılı olmayaq. Bunu başqa ölkələr də edir, biz də etməliyik".

O vurğulayıb ki, Gürcüstan hökuməti ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün daha əlverişli mənbələri tapmaq məqsədilə müxtəlif mənbələrlə işləmək barədə göstəriş alıb.

O deyib: "Əsas vurğunu biz yenə də "Şahdəniz" qazına vururuq - bu, bizim strateji seçimimizdir".

Gürcüstan prezidenti bu yataqdan qazın hansı qiymətə alınacağı barədə dəqiq bir söz deməyib: "Qazın qiyməti bütün dunyada artır, bizim məqsədimiz nə qədər mümkündürsə, ucuz qiymətə almaq və əhalini qaz tariflərinin artımından qorumaqdır ki, hər bir vətəndaşımız qışda isinə bilsin".

Xəbər lenti

Xəbər lenti