...

Gürcüstan bu gün Azərbaycandan elektrik enerjisi almağa başlayacaq

Energetika Materials 22 Dekabr 2006 13:45 (UTC +04:00)

Bu gündən etibarən Gürcüstan və Azərbaycanın Energetika Nazirliklərinin iki ölkə arasında elektrik enerjisinin barter mübadiləsi üzrə noyabrın 29-da imzaladıqları saziş qüvvəyə minir. Gürcüstanın Energetika Nazirliyindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, sazişə əsasən, dekabrın 22-dən yanvarın 15-dək Gürcüstan Azərbaycandan hər gün 1,8 mln. kilovatt-saat elektrik enerjisi alacaq.

Gürcüstanda bu elektrik enerjisinin paylaşdırılması ilə "Elektrik enerjisinin kommersiya operatoru" adlı xüsusi yaradılmış şirkət məşğul olacaq. Azərbaycan elektrik enerjisinin idxalı nəticəsində Gürcüstan yeni il bayramı günlərində enerjiyə tələbatın artdığı vaxtda enerji çatışmazlığı hiss etməyəcək.

Alınmış elektrik enerjisi Azərbaycana Gürcüstan SES-lərin tam gücü ilə işlədikləri vaxt - yayda qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti