...

ARDNŞ dekabrın 1-i üçün Azərbaycan Dövlət Neft Şirkətinin istismar olunan qaz quyularının sayını elan edib

Energetika Materials 22 Dekabr 2006 18:32 (UTC +04:00)

Bu ilin əvvəlindən başlayaraq ARDNŞ-ın neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyi təmirdən sonra fəaliyyət göstərməyən fonddan fəaliyyət göstərən fonda 179 quyu keçirib. Trend ə bu barədə "Azneft" İB-nin baş direktoru Şahin İsmayılov bildirib.

Bu ilin 1 dekabrı üçün olan məlumatlara əsasən fəaliyyətdə olan quyuların fondu 4 789 təşkil edib. Bunlardan 68-i qaz quyusudur. İB-nin əsaslı təmir briqadaları tərəfindən 1332 əsaslı təmir işi aparılıb. Bu tədbirlər nəticəsində əlavə olaraq 484 min 907,4 tonn neft hasil edilib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti 66 quyunun qazıntısını başa çatdırıb. İstismara 55 quyu verilib. Qazılmış quyulardan 285 min 541 tonn neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti