...

Azərbaycanda yükdaşımanın həcmi artır

Energetika Materials 23 Dekabr 2006 12:40 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabrında Azərbaycanın bütün nəqliyyat vasitələri ilə 22428,3 min ton yük daşınıb ki, bu ötən ilin həmin dövrü ilə müqayisədə 151,81% təşkil edib. Bu barədə Trend xəbər verir.

Ümumi həcmin 12589,9 min tonu ixracın, 9838,4 min tonu idxalın payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (6629,3 min ton), dəmiryolu (1300,7 min ton), avtomobil (459,5 min ton), hava (3,3 min ton) nəqliyyatı və boru kəməri ilə nəql etmə (4190,3 min ton) fərqlənib.

İdxal əməliyyatlarında dəniz nəqliyyatının payı 259,4 min ton, dəmiryolunun 5603,9 min ton, avtomobil 1021,4 min ton, hava nəqliyyatının 25 min ton və boru kəməri ilə nəql etmənin payı 2888,5 min tondur.

Azərbaycan əpazisindən tranzit kimi 6007,3 min ton yük daşınıb. Yüklər əsasən İsveçrədən (1905,8 min ton), İtaliyadan 1589,6 min ton), Gürcüstandan (1082,7 min ton), Tacikistandan (355 min ton), Rusiyadan (200,3 min ton), Türkmənistandan (166,1 min ton), İrandan (160,2 min ton), Türkiyədən (170,6 min ton) və Kiprdən (112 min ton) daşınıb. Azərbaycan ərazisindən keçən ümumi tranzit yükü 82,49% təşkil edib və ya 2005-ci ilin analoji dövrü ilə müqayisədə 1274,9 min ton aşağı düşüb.

Bu müddət ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 171591 yük gömrük bəyannaməsi (əlavə səhifə ilə 229138) qanuniləşdirilib. Onlardan 37500-ü (əlavə səhifə ilə 43343) ixracın, 134091-i (əlavə səhifə ilə 185840) idxalın payına düşür.

Xəbər lenti

Xəbər lenti