...

Yanvar-noyabr aylarında Naxçıvan MR-də 61 mln 276 min 900 kubmetr qazdan istifadə olunub

Energetika Materials 26 Dekabr 2006 12:43 (UTC +04:00)

Yanvar-noyabr aylarında Naxçıvan MR-də 61 mln 276 min 900 kubmetr qazdan istifadə olunub. Trend in Naxçıvan Bürosu "Naxçıvanqaz" MMC-nin məlumatına istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində 1 mln 156 min 820 manat vəsait toplanılıb.

Məlumatda bildirilir ki, Naxçıvan MR-ə qaz çəkilişinin ikinci mərhələsində 19 min 748 ev qazlaşdırılıb. İlk mərhələdə isə proses 8 min 454 mənzildə baş tutub. Bütövlükdə regionunun qazlaşdırılmasının ilk mərhələsində İİR-dən Araz çayını keçməklə Naxçıvana 42 km uzunluğunda 530 mm-lik yüksək təzyiqli 55 atmosfer gücündə qaz kəməri çəkilib. Həmin xətt üzərində 4 yerdə avtomat qazpaylayıcı stansiya quraşdırılıb.

Ümumiyyətlə ötən müddət əzində cəmiyyət tərəfindən 15 km uzunluğunda Culfa-Ordubad, Şahbuz-Sədərək magistral qaz kəmərləri təmir olunub, Naxçıvan şəhərində birpilləli qaz şəbəkəsi quraşdırılıb. Hazırda Muxtar Respublikanın kənd ərazilərinin qazlaşdırılması prosesi davam edir. Proses regionun 30 kəndində başa çatıb ki, həmin kəndlərdə mavi yanacaqdan istifadə edilir.

Xəbər lenti

Xəbər lenti