...

Azərbaycan Dövlət Neft Şirkəti koks istehsalına yenidən başlanması müddətini müəyyən edib

Energetika Materials 26 Dekabr 2006 17:56 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti gələn ilin mayında kokslaşdırma qurğusunu işə buraxmaq niyyətindədir, bu barədə Trend ə ARDNŞ-in emal üzrə direktoru Davud Məmmədov xəbər verib.

"ARDNŞ yanacağın olmaması üzündən onu daha tez buraxa bilməz, belə ki, qurğu suflidli mazutla işləyir"-deyə o söyləyib.

Bu ilin noyabrında Heydər Əliyev adına Neft emalı zavodu (köhnə "Azneftyanacaq") 7,94 min ton neft koksu istehsal edib. Bu, proqnozdan 2,26 min ton (22,2%) azdır.

Bu ilin yanvar-noyabrında bu növ neft məhsulunun istehsal həcmi 57,37 min ton olub ki, bu, proqnozdan 40,73 min ton azdır. Ötən il müəssisədə neft koksu istehsal olunmayıb.

Azərbaycan son illərdə praktiki olaraq koks istehsal etməyib. Onun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti