...

Azərbaycan 2007-ci il üçün dizel yanacağı və kerosinin istehsal səviyyəsini müəyyən edib

Energetika Materials 27 Dekabr 2006 14:08 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov Trend ə bildirib ki, "Heydər Əliyev adına" (keçmiş "Azneftyanacaq") və "Azneftyağ" NEZ-də kerosin və dizel yanacağının istehsalı gələn il 2006-cı ildəki səviyyədə saxlanılacaq.

Onun sözlərinə görə, hazırda respublikada kerosin artıqlaması ilə istehsal edilir. O bildirib: "Neft məhsulunun bu növünün təxminən 75 faizi daxili bazarda istifadə edilir, 25 faizi isə ixrac edilir".

Azərbaycan Dövlət Neft Şirkətinin statistik məlumatlarına əsasən bu ilin yanvar-noyabr aylarında yerli NEZ-də 1,9 mln. ton dizel yanacağı istehsal edilib.

Xəbər lenti

Xəbər lenti