...

"AzQerneft" birgə müəssisəsi boruların alınması üçün tender elan edib

Energetika Materials 27 Dekabr 2006 16:47 (UTC +04:00)

"AzQerneft" birgə müəssisəsi 2007-ci ildə nasos-kompressorlar üçün 190 ton həcmində müxtəlif növ boru alınması üçün tender elan edib. Trend xəbər verir ki, tenderin şərtlərinə uyğun olaraq tədarükçü kontrakt imzalandıqdan sonra 4 aydan gec olmamaq şərtilə lazımi avadanlığın alıcının ünvanına çatdırılmasını təmin etməlidir. Tədarük edilmiş avadanlığın ödənilməsi il ərzində hissə-hissə həyata keçiriləcək.

Tender təklifləri 2007-ci il 9 fevraldan gec olmamaq şərtilə qəbul ediləcək. Tender təklilfərinin açılışı isə 2007-ci il 14 fevralda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti