...

"Azərenerji" gücləndirilmiş rejimdə işləməyə hazırlaşır

Energetika Materials 28 Dekabr 2006 14:19 (UTC +04:00)

"Azərenerji" SC-nin Mərkəzi Dispetçer İdarəsinin proqnozuna əsasən adi dekabr günlərində respublika üzrə orta hesabla 80 mln. kVt/s eletrik enerjisi istehsal edilir ki, bu göstərici də keçən ilin analoji dövrü ilə müqayisədə 6% çoxdur. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətbuat xidmətindən bildiriblər.

İstehlakçıları tam şəkildə təmin etmək üçün dekabrın 31-də energetiklər elektrik enerjisi istehsalını 85 mln. kVt/s-a çatdırmağı planlaşdırıblar. Bu məqsədlə elektrik stansiyaları və bütün ötürücü xətlər gücləndirilmiş iş rejiminə keçəcək.

"Azərenerji"dən bildiriblər ki, paytaxtda və regionlarda elektrik enerjisinin paylaşdırılması limitsiz rejimdə həyata keçiriləcək. "Azərenerji" tərəfindən heç bir məhdudiyyət olmayacağı bildirilib.

Həmçinin başqa ölkələrdən elektrik enerjisi alınmasına da davam ediləcək.

Keçən il bayram günlərində elektrik enerjisinin istehlakı adi günlərdə olan 78 mln. kVt/s-a qarşı 81 mln. kVt/s təşkil edib.

Xəbər lenti

Xəbər lenti