...

Bakı şəhər abunəçi lərinə elektrik enerjisi artırılmış həcmdə verilir

Energetika Materials 28 Dekabr 2006 15:25 (UTC +04:00)

Hava şəraitinin pisləşməsi ilə əlaqədar Bakıya sutkada 35-36 mln. kVt/s elektrik enerjisi verilir. Bu barədə Trend ə Azərbaycan paytaxtında şəbəkələrin paylaşdırılmasını idlarə edən "Bakıelektrikşəbəkə"SC-nin mətbuat xidmətindən bildiriblər.

SC nümayəndəsinin sözlərinə görə, dekabrda bu ilin sentyabr ayına nisbətən Bakı şəhərində elektrik enerjisindən istifadə 80%-ə çatıb. Buna baxmayaraq, elektrik enerjisinin verilməsi problemsiz həyata keçirilir.

"Bakıelektrikşəbəkə" SC-dən bildiriblər: " Bu, qış dövrünə hazırlıqla bağlı SC-də görülmüş işlərin böyük həcmi ilə izah edilir. Xüsusilə yeni transformatorlar quraşdırılıb, Qaradağ, Əzizbəyov, Sabunçu, Binəqədi, Yasamal və Bakının digər rayonlarında yarımstansiyalar yenidən qurulub".

Hazırda "Bakıelektrikşəbəkə"də görülən tədbirlərlə əlaqədar tədarük edilən elektrik enerjisinə görə yığılmalar da artıb. Abonentlərə eletrik enerjisi verilməsinin dayandırılmasına başlanandan sonra bu göstərici 25 faiz artıb.

Xəbər lenti

Xəbər lenti