...

Azərbaycan Dövlət Neft Şirkəti "Qərbi Abşeron"da kəşfiyyat qazıntısı proqramını davam etdirəcək

Energetika Materials 29 Dekabr 2006 15:20 (UTC +04:00)

"Qərbi Abşeron" yatağının cənub hissəsinin kəşfiyyat quyularının qazıntısını həyata keçirən "Abşeron" qazma qurğusundan daha iki quyu qazılacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Quyuların dərinliyi təxminən 850 metr təşkil edəcək.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, strukturun bu hissəsində indi "Xəzər-4" qurğusundan istismar quyularının qazıntısı davam etdirilir.

"Hazırda bu qurğu quyulardan birinin qazıntısını başa çatdırıb və yatağın bu hissəsində növbəti quyunun qazıntısına hazırlaşır. Onun layihə dərinliyi təxminən 800 metr təşkil edir", - deyə ARDNŞ-dən bildirilib.

Bu qurğudan cəmi 12 quyunun qazılması nəzərdə tutulub. Bu quyuların qabaqlayıcı olacağı ehtimal olunur.

"Qazıntı başa çatdıqdan sonra onlar platformadan sonradan hasilat üçün konservləşdiriləcəklər", - deyə şirkətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti