...

Azərbaycan Dövlət Neft Şirkəti fevralda Novorossiyskdən ƏŞ və BM neftini satacaq

Energetika Materials 1 Fevral 2007 12:47 (UTC +04:00)

Fevralın 2-3-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisə (BM) və əməliyyat şirkətlərinin (ƏŞ) neftini Novorossiyskdən satacaq. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər.

Partiyanın həcmi 60 min ton təşkil edəcək. Bu neft partiyası Bakı-Novorossiysk boru kəməri ilə ötürüləcək.

2006-cı ildə ARDNŞ ümumilikdə 3 mln. 462 min xam neft ixrac edib. 2006-cı ildə Bakı-Novorossiysk boru kəməri ilə ARDNŞ 1 mln. 172 min ton neft (2005-ci ildə - 1 mln. 631 min ton) ixrac edib.

Xəbər lenti

Xəbər lenti