...

"CERA" 2010-cu ilə qədər Azərbaycandan neft ixracı üzrə proqnozu açıqlayıb

Energetika Materials 1 Fevral 2007 15:16 (UTC +04:00)

Kembric Energetik Tədqiqatlar Assosiasiyası (CERA) öz hesabatında 2010-cu ilə qədər Azərbaycandan neft ixracatı ilə bağlı gözləntiləri açıqlayıb. "CERA" hesabatına istinadən Trend xəbər verir ki, "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı artılıqdıqdan sonra 2010-cu ildə Azərbaycandan edilən neft ixracatı sutkada 1,29 mln. barel təşkil edəcək.

Hesabatda göstərilir ki, 2010-cu ildə "Şah dənpiz" qaz kondensatı yatağından sutkada 75 min barel kondensat ixrac ediləcək.

Qazaxıstanda aparılan əməliyyatlara toxunularaq hesabatda qeyd edilib ki, "Kaşaqan" yatağında 2015-ci ildə sütkada 1,2 mln. barel hasil ediləcək, "Tengiz" yatağında isə 2010-cu ildə sutkada 700 min barel hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti