...

Azərbaycan qaz emalı zavodu 2006-cı ildə qaz emalının artdığını bildirib

Energetika Materials 1 Fevral 2007 16:50 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Qaz Emalı SC (AzQEZ) 2,845 mlrd. kub metr qaz emal edib. 2005-ci ildə bu göstərici 2,782 mlrd. kub metr təşkil edib. Bu barədə Trend ə zavoddan məlumat verilib.

Beləliklə, zavod hesabat dövründə qaz emalını 2,2% (0,063 mln. kub metr) artırıb.

Zavoddan həmçinin bildirilib ki, 2006-cı ilin dekabrında zavodda 271,5 mln. kub metr qaz emal olunub.

İlk dəfə Azərbaycan qaz emalı zavodu 1961-ci ildə istismara verilib. Altı qaz emal edən qurğudan başqa, qaz kondensatının (ildə 675 min ton gücə malik) və fraksiyalaşdırılmış qeyri-sabit benzin (ildə 600 min ton) emalı üzrə qurğular inşa edilib. Layihədə nəzərdə tutulmuş texnologiya mayeləşdirilmiş qaz, ağ neft fraksiyası (qaz emalı qurğuları üçün reagent), ağır kondensat (neft emalı zavodları üçün xammal) və qaz benzini (Sumqayıtın neft-kimya kompleksi üçün xammal) əldə etməyə imkan verir.

Əvvəlcə AzQEZ-ə Qaradağ yatağından qaz və kondensat daxil olurdu. Sonra xammal axınına Azərbaycanın dəniz neftçiləri tərəfindən çıxarılan səmt və təbii qaz da qoşuldu.

Xəbər lenti

Xəbər lenti