...

BTC və SCP Kürdəmirdə iki su təmizləyən stansiya açır

Energetika Materials 1 Fevral 2007 17:40 (UTC +04:00)

BP Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından bu gün Kürdəmir rayonunun Sığırlı və Karrar kəndlərində yeni sutəmizləyici qurğuların açılışını qeyd edib. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Bu qurğular yerli müəssisələri inkişaf etdirmək öhdəliyimizin bir hissəsi olaraq xüsusi yaradılmış və təlim keçmiş iki yerli şirkət tərəfindən istismar olunacaq.

Bu layihə BTC və CQBK tərəfindən onların İctimai Sərmayə Proqramı çərçivəsində 2005-ci ildə başlanmış "İçməli su təminatının yaxşılaşdırılması" (İSTY) adlanan iri bir təşəbbüsün bir hissəsidir. BTC və CQBK tərəfdaşları içməli su qıtlığı probleminin daha ciddi olduğu icmalar üçün içməli su layihəsi yaradıblar. İndiyədək İSTY yerli texnologiyalardan istifadə olunmaqla altı icmanı içməli su qurğuları ilə təmin edib və həm suyun keyfiyyətini, həm də gəlirləri səmərəli və şəffaf idarə etmək məqsədilə hər bir qurğu üçün icma-bələdiyyəyə məxsus məhdud məsuliyyətli şirkətlər formasında idaretmə strukturları yaradıb. İSTY "Ümid" humanitar və sosial yardım mərkəzi tərəfindən həyata keçirilib.

İSTY-nin ümumi dəyəri 190.000 ABŞ dollarından artıqdır və bu layihələr 6 mindən çox insanın içməli su ilə təmin olunmasını təmin edəcək. Bu, Kürdəmir rayonunun Sığırlı, Karrar kənd və Karrar qəsəbə, Ucar rayonunun Bərgüşad və Güləbənd; eləcə də Ağdaş rayonunun Orta Ləki kəndlərinin sakinləridir.

"BP və tərəfdaşlarımız bu mühüm icma təşəbbüsünü maliyyələşdirməkdən məmnundurlar. Sağlamlıq və gigiyena baxımından yerli əhalini etibarlı içməli su mənbələri ilə təmin etməklə, onlar üçün nəzərəçarpan mənfəət gətirəcək. Yaşayış məntəqələrində quraşdırılmış sutəmizləyici qurğular günəş enerjisi ilə işləyəcək və bununla da enerji xərclərinə qənaət edilmiş olacaq",- deyə BP-nin Gələcək İcmalar Proqramının direktoru Den Bliss bildirib.

Xəbər lenti

Xəbər lenti