...

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhandan neft hissəsinin satışı ilə bağlı tenderi bağlayıb

Energetika Materials 2 Fevral 2007 11:56 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılan Azeri Light markalı neftin hissəsinin satışı ilə bağlı tenderi bağlayıb. Bu barədə Trend ə ADNŞ-dən məlumat verilib. Tenderin qalibi Almaniyanın Select Energy GmbH şirkəti olub.

Neft hissəsinin həcmi 1 milyon barrel (və ya 135 min ton) təşkil edəcək. Yükləmə 2007-ci ilin 28 fevral tarixindən 2 mart tarixinədək planlaşdırılıb.

Ceyhandan olan ADNŞ-nin neft hissəsini 2007-ci ildə aşağıdakı şirkətlər əldə edib:

Glencore Energy UK Ltd - yanvar (1 milyon barrel);

IİLMA OİL S.L - yanvar - fevral (1 milyon barrel);

Select Energy GmbH - fevral (600 min barrel);

Select Energy GmbH - fevral-mart (1 milyon barrel).

Xəbər lenti

Xəbər lenti