...

Bakı modul elektrik stansiyasının tikintisi üzrə işlərin başa çatacağı vaxt müəyyən olunub

Energetika Materials 2 Fevral 2007 13:52 (UTC +04:00)

AZENCO Azərbaycan tikinti-montaj şirkətinin mütəxəssisləri Bakı modul elektrik stansiyasında avadanlığın sınaqdan keçirilməsini başa çatdırır. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

İstismardan əvvəlki işlərin qrafikinə əsasən bütün əməliyyatlar bu il fevralın 15-dək - stansiyanın Bakını əlavə 104 MVt güclə təmin edərək, enerji sisteminə qoşulmağa hazır olduğu vaxt başa çatmalıdırlar.

Digər analoji tipli stansiyalarda olduğu kimi, tikinti üzrə podratçı Finlyandiyanın Wartsila şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq 52 belə qurğunun tikintisi və istismara verilməsini təmin etmək həvalə olunub. 2006-cı ildə 12 belə elektrik stansiyası Bakı İEM-2 ərazisində, 10-u Naxçıvanda, 10-u Xaçmazda, 10-u isə Şəkidə quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin tədarük edəcəyi təbii qazla işləyəcəklər. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin istehsal həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti