...

ExxonMobil "Azəri"-"Çıraq"-"Günəşli" layihəsinin işlənib hazırlanmasını qiymətləndirib

Energetika Materials 2 Fevral 2007 15:09 (UTC +04:00)

"Blombeg"ə istinadən Trend məlumat verir ki, Amerikanın ExxonMobil şirkəti "Azeri"-"Çıraq"-"Günəşli" layihəsinin dəyərini 12 milyard dollar məbləğində qiyəmtləndirib. Bu yaxınlarda müqavilə sahəsində hasilatın sutkada 465 min barellə çatdırılması nəzərdə tutulub.

"Azeri"-"Çıraq"-"Günəşli" layihəsi üzrə hasilatın işlənib-hazırlanması və pay bölgüsü üzə birgə müqavilə 1994-cü ilin sentyabrında imzalanıb. Müqavilənin fəaliyyət müddəti 30 ildir.

"Çıraq" yatağında hasilat 1997, "Mərkəzi Azəri" yatağında 2005, "Qərbi Azəri" yatağında 2006-cı ilin əvvəlində, "Şərqi Azəri" yatağında 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərinsular hissəsində hasilat gələn ilin ortasında nəzərdə tutulub.

"AÇG" layihəsində müqavilənin iştirakçıları: BP (operator - 34,1faiz),Chevron (10,2 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,6 faiz), ExxonMobil (8 faiz), TPAO (6,8 faiz), Devon (5,6 faiz), ITOCHU (3,9 faiz) və Hess (2,7 faiz).

Xəbər lenti

Xəbər lenti