...

Azərbaycan Dövlət Neft Şirkəti iki böyük perspektiv strukturda gələcək kəşfiyyat quyularının ilkin layihə dərinliklərini müəyyən edib

Energetika Materials 2 Fevral 2007 16:56 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mütəxəssisləri "Naxçıvan" və "Babək" perspektiv strukturlarda kəşfiyyat qazıntısının proqramını dəqiqləşdirir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Əvvəl Amerikanın ExxonMobil şirkəti "Naxçıvan" strukturunun işlənməsindən imtina etmişdi.

ARDNŞ-də qeyd olunduğu kimi, hazırda bu qurumlarda qazıntının daha effektiv dərinliyi öyrənilir. "Naxçıvan" strukturunda kəşfiyyat quyusunun qazıntısının təxmini dərinliyi 6 200 metr, "Babək"də - 6 400 metr təşkil edəcək.

Həmçinin qazıntının həyata keçiriləcəyinin nəzərdə tutulduğu "H.Əliyev adına" (keçmiş Lider) qazma qurğusunun sahibləri ilə danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti