...

Azeri Drilling Company Ltd yeni yataqda qazıntıya başlayır

Energetika Materials 2 Fevral 2007 17:41 (UTC +04:00)

Azeri Drilling Company Ltd birgə müəssisəsi Amerika şirkətlərinin istehsalı olan avadanlıq alıb və yaxın vaxtlarda "Bulla -dəniz" yatağında quyuların qazıntısına başlamaq niyyətindədir. Bu barədə Trend ə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Qazıntı ARDNŞ-in istifadə etmədiyi köhnə özüldən həyata keçiriləcək və dərin qaz quyularının qazıntısı üçün müasirləşdiriləcək.

Quyuların layihə dərinliyi 6200-dən 6900 min metrə qədər təşkil edəcək. Quyular qaz hasilatı üçün nəzərdə tutulub.

Hazırda Azeri Drilling Gompany Ltd "8 mart" yatağında ilk quyusunun qazıntısını davam etdirir. İşlər 759№-li dərin özüldən həyata keçirilir, quyunun layihə dərinliyi təxminən 6000 metr təşkil edir. Bu yataqda cəmi 10 quyu qazılacaq. Hazırda elə həmin yataqda 730 №-li özüldən qazıntıya hazırlıq görülür. Quyunun dərinliyi 5800 metr təşkil edəcək.

2007-ci ilin ortalarına qədər "8 Mart" yatağında üç quyunun qazıntısının başa çatacağı gözlənilir, onlardan hər birinin sutkalıq debiti 300-400 min kubmetr qazdan ibarət olacaq.

Bu BM-in təsisçiləri qismində Azərbaycan Dövlət Neft Şirkəti (35%), Panama Respublikasında qeydiyyatdan keçmiş "Target Petroleum Azerbaijan Corporation" (35%) və "First Drilling Limited" (Şotlandiya, 30%) çıxış edir.

Xəbər lenti

Xəbər lenti