...

Azərbaycan Dövlət Neft Şirkəti yüksək debitli yeni qaz quyusu qazıb

Energetika Materials 2 Fevral 2007 18:31 (UTC +04:00)

ARDNŞ-ın neft və qaz hasiltı üzrə "Azneft" İstehsalat Birliyi (İB) "Günəşli -13" platofrmasında "Günşli" yatğının azsulu hissəsində yüksək debitli yeni quyunun qazıntısını başa çatdırıb. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər.

Quyunun sutkalıq debitinin 300 min kub metr olması nəzərdə tutulur (ildə təxminən 110 mln. m3 ).

"Günəşli-13" platforması üç il öncə istismara verilib. Bu müddət ərzində platformada 3 yüksək debitli quyu qazılıb. Bu quyulardan ikisinin sutkalıq debiti 300 ton neftdir. Qazma işləri "Bayıl limanı" kəşfiyyat qazma idarəsi tərəfindən həyata keçirilir. Ümumilikdə 2006-cı ildə idarə "Günəşli" yatağında təxminən 6 yüksək debitli quyu qazıb.

Xəbər lenti

Xəbər lenti