...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi "Barmek" şirkətinin Bakı və Sumqayıt elektrik şəbəkələri tərəfindən dəyən ziyanın həcmini açıqlayıb

Energetika Materials 2 Fevral 2007 20:32 (UTC +04:00)

Trend xəbər verir ki, Bakı və Sumqayıt elektrik şəbəkələrinin idarəsi üzrə "Barmek Azerbaijan" şirkəti tərəfindən müqavilə vəzifələrinin yerinə yetirilməsinin təftişi üçün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılan Dövlət Komissiyası çatmayan aktivlərin qiymətləndirilməsini başa çatdırıb.

Cümə günü Azərbaycan iqtisadi inkişaf nazirini müavini Mikayıl Cabbarov bildirib ki, dəyən ziyanın həcmi 30 mln. manatı keçir. Əlavə olaraq şirkətin "Azərenerji" SC-dan aldığı elektrik enerjisinə görə borcları da var.

Nazir müavini bildirib: "Barmek Azerbaijan" şirkətinin iki növ borcu var - 2006-cı ildə aldığı elektrik enerjisinə görə, bunun üçün ümumiyyətlə heç bir ödəmə aparılmayıb və güzəştli qiymətlə təklif edilən elektrik enerjisinə görə, bunu şirkət 2008-ci ildən qaytarmağa başlamalı idi. Kontrakta əsasən "Barmek Azerbaycan" elektik enerjisi ödənişi səviyyəsini ardıcıl olaraq 50%, 55%, 60%, 75%-ə (2005-ci ildən) və 2006-cı ildə 100%-ə qədər artırmalı idi. Dövlət bu vəsaiti şirkətə bağışlmaq fikrində deyil". Bu, bir neçə milyon manat həcmində hesablanır.

Müqaviləyə müvafiq olaraq İİN bu ziyanın ödənilməsi iddiası ilə artıq Azərbaycan məhkəməsinə müraciət edib.

Keçən həftə şirkətin özünün şikayətinə baxıldığından proses açıqdır, lakin İİN-nin iddiasının baxılmasına hələ başlanılmayıb.

Elektrik şəbəkələri "Barmek Holding" idarəsinə 2000-2002-ci illərdə verilib, lakin keçən il kontrakt pozulub.

Xəbər lenti

Xəbər lenti