...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən neft partiyasının satışı üçün tender elan edib

Energetika Materials 3 Fevral 2007 11:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) Novorossiysk limanından 450 min barel (60 min ton) neftin satışı üçün tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Neft partiyası fevralın 27-28-də 6 və ya 7№-li yan alma körpüsündən yüklənəcək. Tenderin yekunları fevralın 8-də açıqlanacaq.

Yanvar ayından Azərbaycan Dövlət Neft Şirkətinin öz neftinin Bakı-Novorossiysk boru kəməri nəqli həyata keçirilməyib. Bu onunla izah olunur ki, neftin bütün həcmi elektrik stansiyaları üçün yanacağın alınması üçün neft emalı zavodlarına göndərilir. Bu il Azərbaycan Rusiyadan elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında yanacaq qismində istifadə olunan qaz idxalını dayandırıb.

2006-cı il ərzində Azərbaycan Dvölət Neft Şirkəti ümumilikdə təxminən 3 mln. 462 min ton xam neft ixrac edib. 2006-cı il ərzində ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri marşrutu ilə 1 mln. 172 min ton neft (2005-ci ildə - 1 mln. 631 min ton) ixrac edib.

Xəbər lenti

Xəbər lenti