...

BP Azərbaycanın "Şahdəniz" yatağında qiymətləndirmə quyusunun başa çatdırılmasını dayandırıb

Energetika Materials 5 Fevral 2007 13:47 (UTC +04:00)

Hazırda "İstiqlal" qazma qurğusunda rayzerlə bağlı problemlər müşahidə olunur, bu problem həll olunduqdan sonra "Şahdəniz" qaz-kondensat yatağında qazılmış SDX-04 dördüncü qiymətləndirmə quyusunun başa çatdırılması davam etdiriləcək. Bu barədə Trend ə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Quyunun dərinliyi təxminən 7350 metr təşkil edir.

ARDNŞ-də qeyd olunduğu kimi, hazırda bu quyudan köndələn lülənin qazılması məsələsi nəzərdən keçirilir. Köndələn lülənin 4300-4500 metr dərinlikdə qazılması nəzərdə tutulub. Onun dərinliyi təxminən 2000 metr təşkil edəcək. Bu lülənin qazıntısı üçün təxminən 3 ay lazımdır.

Əvvəl "İstiqlal" qurğusundan "Şahdəniz"də dördüncü qabaqlayıcı quyu qazılıb. Quyu suyun 101 m dərinliyində, strukturun tağına yaxın nöqtədə quraşdırılmış, mövcud olan dib plitəsindən qazılıb, quyu ağzının vertikaldan boş yeri 1,44 km təşkil edib. Quyunun dərinliyi 6189 metr təşkil edib.

"Şahdəniz" layihəsində hasilatın pay bölgüsü haqqında Sazişin iştirakçıları BP (operator- 25,5%), Statoil (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ-10%), LUKAgip (10%), NICO (10%), Total (10%) və TPAO-dur (9%).

Xəbər lenti

Xəbər lenti