...

Xarici şirkət ölkənin ən böyük yatağının azsulu hissəsində ARDNŞ-ın sifarişi ilə işləri davam etdirəcək

Energetika Materials 5 Fevral 2007 17:36 (UTC +04:00)

"Nobel oyl" şirkəti ARDNŞ tərəfindən sərbəst işlənilən "Günəşli" yatağının azsulu hissəsində quyunun təmiri üzrə işləri davam etdirəcək, Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, "Nobel oyl" şirkəti il ərzində kontrakt bağlanandan etibarən quyunun təmiri ilə bağlı işlər aparıb. ARDNŞ nümayəndəsi qeyd edib: "Bu işlər hələ yaya qədər davam edə bilər".

"Günəşli" yatağının payına ARDNŞ-ın hasil etdiyi neft və qazın daha çox hissəsi düşür. 2006-cı ildə yataqda 5,52 mln. ton neft hasil edilib ki, bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 2,4% çoxdur və 2,95 mlrd. kub metr qaz hasil edilib.

Xəbər lenti

Xəbər lenti