...

Yanvar ayında Azərbaycan bitum istehsalını nəzərə çarpacaq dərəcədə artırıb

Energetika Materials 6 Fevral 2007 13:31 (UTC +04:00)

Yanvar ayında Azərbaycanda 5,8 min ton bitum istehsal edilib. Trend xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən bildiriblər. Bu həcm həmin dövr üçün proqnozu 5,5% keçir ki, bu, 0,3 min ton deməkdir.

Keçən ilin analoji dövrü üçün bitum istehsalı 1,76 min ton təşkil edib. Bu göstərici bu ilin analoji göstəricisindən 4,04 min ton - 3,29 dəfə azdır.

Ümumilikdə 2006-cı ildə 161,94 min ton bitum istehsal edilib. 2005-ci ildə bitum istehsalı həcmi 128,34 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti