...

"Azərenerji" yarımstansiyaların təchiz edilməsi üçün avadanlıqların əldə olunması üçün tender elan edib

Energetika Materials 6 Fevral 2007 15:36 (UTC +04:00)

Trend in məlumatına əsasən, "Azərenerji" SC "Elektrik qüvvəsinin məsafəyə verilməsi sistemi" layihəsi çərçivəsində yarımstansiyaların təchiz edilməsi üçün avadanlıqların əldə olunması üçün Dünya Bankı tərəfindən maliyyləşdirilən tender elan edib.

Tender iki lotda həyata keçirilir. Birinci lotda yüksək gərginlikli güc transformatorlarının (müdafiə relesi və köməkçi vasitələr sisitemi ilə) əldə olunması nəzərdə tutulub. Əldə olunacaq avadanlıqlar sırasına 330/110kV iki 200 MVA gücündə olan avtotransformator, 110/35/6kV iki 63 MVA gücündə olan trasformator, 110/35/10 kV iki 40 MVA gücündə olan transformator və s. daxildir. İkinci lotda digər avadanlıqlı yarımstansiyalar üçün yüksək gərginlikli avadanlıqların əldə olunması nəzərdə tutulub. İkinci lot çərçivəsində avadanlıqlar arasında 330-35 kV açarlar, kəsicilər, ölçü transformatorlarının alınması nəzərdə tutulb.

Maraqlı tərəflər iki lotda da iştirk edə bilər. Lotların qiymətləndirilməsi ayrı-ayrılıqda həyata keçiriləcək. Çatdırılma müddəti müqavilənin əldə olunması anından 30 həftədir.

Tenderin şərtlərinə əsasən lotların birində iştirak üçün şirkətin orta illik dövriyyəsi (həyata keçiriliən və tamamlanmış layihələrlə müəyyən edilən) son 5 ildə 15 milyon dollar təşkil etməlidir. Hər iki lotdda iştirak üçün bu göstərici 25 milyon dollardan az olmamalıdır.

Tender təkliflərinin qəbulu 2007-ci ilin martın 30-na qədər həyata keçiriləcək. Tender təkliflərinin elan olunması da həmin gün baş tutacaq.

DB-nın kreditinin ümumi məbləği 55 milyon dollar təşkil edir. Bunun 47 milyon dolları DB, 8 milyon dolları isə Azərbaycan tərəfindən təqdim olunacaq. Bu kredit Azərbaycanın bütün rayonlarını SCADA sistemi ilə təchiz etmək üçün nəzərdə tutulub. Bu layihə çərçivəsində yarımstansiyalar üçün avadanlıqlar alınacaq.

Xəbər lenti

Xəbər lenti