...

Metyu Brayza: Azərbaycan Avropaya aparıcı qaz ixracatçısı ola bilər

Energetika Materials 7 Fevral 2007 12:43 (UTC +04:00)

10-15 il ərzində Azərbaycan Avropaya aparıcı təbii qaz ixracatçısı ola bilər. Trend xəbər verir ki, bu barədə fevralın 7-də Bakıda jurnalistlərə Xəzər bölgəsində energetika məsələlərinə görə də cavab verən ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağında qaz hasilatı üçün quyuda problemlər bir ixracatçı kimi Azərbaycana olan etimadı azaltmayacaq.

"Şahdəniz"-dəki vəziyyət - yeni layihə üçün adi təzahürdür və qaz ixracı üzrə Azərbaycanın öhdəliklərini pozmur, çünki müvəqqəti xarakter daşıyır", - deyə diplomat vurğulayıb.

M.Brayza bildirib ki, artıq Qazaxıstan rəhbərliyi ilə Transxəzər qaz kəmərinin tikinti layihəsinə dair danışıqlar aparıb və onları Bakıda davam etdirmək niyyətindədir.

Diplomat bildirib ki, qaz istehsalının genişləndirilməsi üzrə Azərbaycanın böyük imkanları var və əlavə edib ki, ABŞ Avropaya daha çox qaz ixrac etməyin tərəfdarıdır.

"Bunun üçün hökumət və karbohidrogen hasilatı ilə məşğul olan şirkətlərin daha sıx əməkdaşlıq etməsi zəruridir", - deyə o əlavə edib.

M.Brayza həmçinin qeyd edib ki, indi Türkmənistanda siyasi dəyişikliklər gedir və gələcək prezident seçkilərinin yekunlarına görə bu ölkənin Transxəzər qaz kəməri layihəsi üzrə mövqeyi məlum olacaq.

"Biz həmçinin Qazaxıstanın da bu məsələ üzrə mövqeyini dəqiqləşdirməsini gözləyirik", - deyə M.Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti