...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2007-ci ilin yanvar ayında ARDNŞ-ə qaz tədarükünü artırıb

Energetika Materials 7 Fevral 2007 16:56 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 238,01 mln. kub metr qaz verib. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib. Bu, ötən ilin yanvarından 46,47 mln. kubmetr (24,3%) çoxdur.

Hazırda "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) yatağından Azərbaycana sutkada təxminən 8,2 mln. kub metr qaz verilir. Bunlardan 7 mln. kub metr Səngəçal neft terminalından, 1,2 mln. isə "Neft Daşları"ndan verilir.

Razılaşmaya əsasən bu həcm qış dövrü ərzində veriləcək. Əvvəl ehtimal olunurdu ki, 2007-ci il ərzində "AÇG"dən Azərbaycana verilən səmt qazının həcmi 1,4 mlrd. kub metr - sutkada 4 mln. kub metr təşkil edəcək. Şirkətdən bildirilib ki, bu qaz hər hansı kompensasiya olmadan ötürüləcək.

BP şirkəti yataqda hasil olunan səmt qazını təzyiqi saxlamaq üçün laya geri vurur. Əgər onun bir hissəsi Azərbaycana verilsə, o zaman nəql olunan həcm azalacaq və nəticə etibarilə yataqdan neft hasilatı da aşağı düşəcək.

ABƏŞ "Çıraq" yatağından səmt qazını ARDNŞ-in Neft Daşlarındakı qaz-kompressor stansiyası vasitəsilə ötürür. Bundan başqa, Azərbaycana Səngəçal terminalından "Azəri" və "Çıraq" yataqlarında əldə olunan qaz verilir.

Xəbər lenti

Xəbər lenti