...

ABƏŞ yüngül neft hasilatının sutkalıq həcmini elan edib

Energetika Materials 8 Fevral 2007 16:01 (UTC +04:00)

2007-ci il yanvar ayının nəticələrinə görə, "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında sutkalıq hasilat həcmi 645,103 min bareldən çoxdur. Bu barədə "AÇG" yatağını işləyən ABƏŞ operatoru "BP Azerbaijan" Trend ə xəbər verib.

Fevralın əvvəli üçün olan məlumatlara əsasən "Azəri" yatağında neft hasilatı 499,103 min barel, "Çıraq" yatağında 146 min barel təşkil edib.

Hazırda əsas neft həcmi Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə ötürülür. Bu marşrut üzrə orta sutkalıq həcm 550 - 600 min barelə çatır. Neftin bir hissəsi isə Bakı- Novorossiysk boru kəməri ilə ötürülür və dəmir yolu vasitəsilə Qara dəniz limanı Batumi istiqamətində göndərilir.

Xəbər lenti

Xəbər lenti