...

Azərbaycan Ukraynadan Odessa-Brodı boru kəməri ilə neft nəqli üzrə konkret təkliflər gözləyir

Energetika Materials 9 Fevral 2007 12:30 (UTC +04:00)

Azərbaycan Odessa- Brodı boru kəməri ilə neft nəqli məsələsini gündəlikdə açıq saxlayıb, ölkə Ukrayna tərəfindən daha konkret təkliflər gözləyir. Bu barədə Trend ə ölkənin neft sənayesi sahəsinin ekspertləri məlumat verib.

"Biz Brodıda hansı neft məhsulları satışı bazarının olduğunu bilməliyik. Əgər biz ora öz neftimizi ixac etsək və dotasiya qiymətləri ilə satsaq, bunun bizə nə xeyri olacaq?", - deyə ekspertlər bildirib.

Polşa nümayəndələri buna cavab olaraq bildiriblər ki, Azərbaycan və Qazaxıstan Odessa-Brodı boru kəmərinin Baltik dənizinə qədər tikintisində zəmanətli şəkildə iştirak etdikləri halda ölkə də bu işdə iştirak etmək istəyir.

Azərbaycan ekspertləri qeyd edib ki, ən yaxşı yol - öz neftimizi Avropanın mərkəzinə qədər çatdırmaq və orada NEZ-də emal etməkdir.

"Belə şəraitdə ölkə daha çox gəlir əldə edəcək", - deyə ekspertlər vurğulayıb.

Xəbər lenti

Xəbər lenti