...

Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasının satışı ilə bağlı tender elan edib

Energetika Materials 9 Fevral 2007 15:58 (UTC +04:00)

ARDNŞ Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tədarük edilən özünə məxsus "Azeri Light" markalı neftin Türkiyənin Ceyhan limanından satışı ilə bağlı tender elan edib. Partiyanın həcmi 1 mln. barel (135 min ton) təşkil edir. Yükləmə 5-7 mart üçün planlaşdırılır. Tenderin yekunları fevralın 13-də keçiriləcək.

AZERI LT FOB Ceyhan neftinin fevralın 8-i üçün qiyməti 56,35 d/bar. (əvvəlki qiymətə münasibətdə 1,48 d/bar ucuzlaşıb) olub.

2007-ci ildə ARDNŞ neft partiyasını Ceyhandan alan şirkətlər aşağıdakılardır:

"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);

"IİLMA OİL S.L" - yanvar - fevral (1 mln. barel);

"Select Energy GmbH" - fevral (600 min barel);

"Select Energy GmbH" - fevral-mart (1 mln. barel).

Xəbər lenti

Xəbər lenti