...

Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahədə yeni kəşfiyyat quyuları qazacaq

Energetika Materials 10 Fevral 2007 13:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend ə bildiriblər ki, şirkət fevral ayında "Türkan" perspektivli quru sahəsində iki kəşfiyyat quyusunun qazılmasına başlamaq niyyətindədir.

1950-ci illərdə bu sahədə artıq iki məhsuldar quyu qazılıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu işlərə hazırlıq artıq başlayıb.

Mənbə bildirib: "Quyulardan birini 3400 metr, digərini 4200 metr dərinliyində qazmaq nəzərdə tutulur".

Bu quyuda ilkin nəzərdə tutulan debit sutkada 40-50 tondur. Ehtiyatların qiymətləndirilməsi kəşfiyyat işləri başa çatdıqdan sonra olacaq.

Xəbər lenti

Xəbər lenti