...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunları (5-9 fevral)

Energetika Materials 12 Fevral 2007 12:08 (UTC +04:00)

5-9 fevral həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $58,56/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,99/barel və ya 3,50% çoxdur.

Trend xəbər verir ki, 5-9 fevral həftəsində AZERİ LT neftinin maksimal qiyməti ötən həftəki $57,64/barellə müqayisədə $59,29/barel, minimal qiyməti isə ötən həftəki $55,31/barellə müqayisədə $57,24/barel təşkil edib.

5- 9 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $51/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $2,14/barel və ya 4,30% çoxdur. 5-9 fevral həftəsində URAL neftinin maksimal qiyməti ötən həftəki $49,97/barellə müqayisədə $51,59/barel, minimal qiyməti isə ötən həftəki $47,57/barellə müqayisədə $49,72/barel təşkil edib.

5-9 fevral həftəsində Brent Dated növünün orta qiyməti $57,25/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,24/barel və ya 2,20% çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti ötən həftəki $56,99/barellə müqayisədə $58,34/barel, minimal qiyməti isə ötən həftəki $54,84/barellə müqayisədə $55,70/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. Brent Dated növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti