...

Əlibayramlı İES-in layihə gücü 1050 MVt təşkil edir

Energetika Materials 12 Fevral 2007 12:24 (UTC +04:00)

Hazırda Azərbaycanda elektrik enerjisinin istehsalının miqyasına görə ikinci olan Əlibayramlı İES-in layihə gücü 1050 MVt təşkil edir. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda əsas avadanlıq köhnəldiyindən stansiyanın birinci enerji bloku 130 Mvt gücündə maksimal yüklənib. İstismar illərində (45 il) orada 11 dəfə əsaslı təmir işləri görülüb. Bütün iş dövründə bu enerji blokunda 35,675 mlrd. kilovatt-saat elektrik enerjisi hasil olunub.

Xəbər lenti

Xəbər lenti