...

Azərbaycan-Gürcüstan-Türkiyə yeni elektrik ötürmə xətlərinin tikintisi enerji sistemini sinxronlaşdırmağa imkan verəcək

Energetika Materials 13 Fevral 2007 10:31 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov Trend ə bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək elektrik ötürmə xəttinin tikintisi bu ölkələrin elektrik enerjisi sistemlərinin işini sinxronlaşdırmağa imkan verəcək.

Bu elektrik ötürmə xətlərinin tikintisi barədə bəyannamə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bu il fevral ayının 7-də Tbilisidə keçirilən görüşü çərçivəsində imzalanıb.

M.Əsgərov bildirib ki, layihənin dəyərinin müəyyən edilməsi üçün onun texniki-iqtisadi əsasnaməsini hazırlamaq lazımdır. Bu layihə bir neçə il əvvəl müzakirə edilib, lakin hazırki material və xidmətlərin qiymətlərinin artması şəraitində təbii ki, layihənin dəyəri də artıb.

M.Əsgərov əlavə edib ki, layihənin realizəsi üçün işin əsas həcmi Türkiyə və Gürcüstan ərazisində görülməlidir. Azərbaycanda isə mövcud şəbəkələri yenidən qurmaq gərəkdir.

Xəbər lenti

Xəbər lenti