...

"Şahdəniz" yatağında Türkiyə payının Gürcüstanla yenidən bölüşdürülməsi bəzi maliyyə dəyişiklərinə səbəb olacaq

Energetika Materials 13 Fevral 2007 14:27 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycanın "Şahdəniz" yatağında Türkiyə qaz payının Gürcüstanla yenidən bölüşdürülməsi çox sayda sənədlərin dəyişdirilməsini tələb edir ki, bu da maliyyə dəyişiklərinə səbəb olacaq.

Çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, "maliyyə dəyişikləri ona gətirib çıxaracaq ki, tərəflərdan hansısa biri uduzacaq". Nazir bildirib: "Onlar bu məsələni tənzimləməlidirlər. Əgər Türkiyə öz qazını satmaq istəyirsə ("Şahdəniz" yatağından) onda elə maxanizm tapılmalıdır ki, Gürcüstan bu yanacağı ödəsin və ya kompenssasiya etsin".

Bundan öncə isə Gürcüstan energetika naziri Nika Qilauri bildirib ki, ölkə Türkiyə qarşısında qaz üçün borcunu elektrik enerjisi tədarükü hesabına bağlamaq istəyir.

Xəbər lenti

Xəbər lenti