...

Həftə ərzində Azərbaycan investisiya şirkəti yeni neft terminalının tikintisi ilə bağlı şirkətlə müəyyənləşəcək

Energetika Materials 13 Fevral 2007 15:08 (UTC +04:00)

Azərbaycan investisiya şirkəti Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintisi üzrə biznes-planı nəzərdən keçirir. Həftə ərzində şirkət bu danışıqların ilkin nəticələri barədə məlumat verəcək. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan investisyia şirkətinin icraçı direktoru Anar Axundov bildirib.

A.Axundov qeyd edib: "İnvestisiya şirkəti Qaradağda terminalın tikintisində maraqlıdır. Biz Azərbaycan şirkəti ilə danışıqlar aparırıq. Şirkət danışıqların predmetini təşkil edən biznes-plan təqdim edib".

Azərbaycan investisiya şirkəti və həmin şirkət arasında əməkdaşlığa dair qərar qəbul edildikdən sonra bu layihəni təşkil edən digər əsas hissələr də müəyyənləşdiriləcək, bu sırada həmin terminalda realizə ediləcək neft ötürmələrinin istiqamətinin müəyyənləşdirilməsi də var".

Xəbər lenti

Xəbər lenti