...

Azərbaycan Dövlət Neft Şirkəti yeni sualtı qaz kəmərinin çəkilişinə başlayıb

Energetika Materials 13 Fevral 2007 18:13 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "Günəşli-4" platformasından "Neft Daşları" yatağındakı qazkompressoru stansiyasına qədər yeni sualtı qaz kəmərinin çəkilişinə başlayıb. Bu boru kəmərinin çəkilişi qaz hasilatının artırılması proqramı çərçivəsində nəzərdə tutulub. Bu barədə Trend ə ADNŞ-dən məlumat verilib.

20 düymlük boru kəmərinin uzunluğu 19 km təşkil edəcək. Boru kəmərinin çəkilişinin fevralın 23-nə qədər tamamlanması nəzərdə tutulub.

Bu ilin yanvarında ADNŞ "Günəşli-14" platformasından "Neft Daşları" yatağına qədər 20 düymlük 25 km uzunluğu olan sualtı qaz kəməri çəkib. Hazırda bu boru kəmərində presslənmə və dayaqlarla birləşdirilməsi işi gedir.

Boru kəmərinin çəkilişi ADNŞ və Amerikanın McDermott şirkəti arasında olan müqavilə çərçivəsində həyata keçirilir. Layihənin podratçısı kimi "Xəzər dənizi neft-qaz tikinti" tresti çıxış edir. İşlər "İsrafil Hüseynov" boru kəməri çəkən gəmi vasitəsilə aparılır.

Xəbər lenti

Xəbər lenti