...

BP martda "Şahdəniz" yatağında ikinci quyunu işə salmağı planlaşdırıb

Energetika Materials 13 Fevral 2007 18:25 (UTC +04:00)

BP Azerbaijan martda "Şahdəniz" yatağında ikinci qabaqlayıcı quyunu istifadəyə verməyi planlaşdırıb. Bu barədə Trend ə BP Azerbaijan şirkətinin rəhbəri Bill Şreder mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, əvvəl şirkət birinci quyuda texniki problemlə üzləşib. "Biz indi birinci quyu ilə bağıl olan problemin həll olunması üçün müxtəlif variantlar üzərində işləyirik", deyə, o, bildirib.

Bu gün Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyevin bu gün jurnalistlərə bəyan etdiyinə görə, "Şahdəniz" yatağında ikinci quyu fevralın sonunda işə başlayacaq, sonra üçüncü və dördüncü quyu istifadəyə veriləcək.

"Üç quyunun işə başlamasından sonra BP Azerbaijan birinci quyuda işinə davam edəcək", deyə o, bildirib.

İlk qabaqlayıcı quyunun fəaliyyəti qaz sızması ilə bağlı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti