...

Bu ilin sonunadək Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə 50 milyon ton neftin nəql olunması nəzərdə tutulub

Energetika Materials 13 Fevral 2007 20:26 (UTC +04:00)

Hazırda Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə 2008-ci ilin sonunadək cədvəli qabaqlayaraq qoyulmuş məqsədə nail olunmalıdır: Sutkada bir milyon barrelin ixracı (təxminən ildə 50 milyon ton). Bu barədə Trend ə əsasən, BP Azerbaijan şirkətinin məlumatında bildirilib.

Cari fəaliyyət nasos stansiyalırınn qazla işləməsini təmin etməyə yönəldilib.

Bu, boru kəmərinin layihə gücünə bu ilin ikinci kvartalında nail olmağa imkan verəcək. Bütün güclə Ceyhandan sutka ərzində 1-2 tanker yola salınacaq.

Boru kəməri vasitəsilə ilkin olaraq "Azəri-Çıraq-Günəşli" yatağından neft ixrac olunsa da, bu ilin yanvarında xəttə "Şahdəniz" yatağından kondensat hissəsi yüklənib.

Gələcəkdə, 2007-ci ildən başlayaraq bu məhsula Xəzər regionunun digər neft yataqlarından da neft həcminin əlavə olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti